Kanadada 4,5 milyon hektar ərazi külə döndübackend

Kanadada 4,5 milyon hektar ərazi külə döndü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadada 424 fərqli nöqtədə meşə yanğınları ilə mübarizə davam edir.

NOCOMMENT.az xəbər verir ki, bu il meşə yanğınları nəticəsində 4,5 milyon hektar ərazi külə dönüb.

ABŞ-dan sonra Fransa da yüzlərlə nöqtədə baş verən yanğınlara cavab vermək üçün dəstək qrupu göndərib.

Britaniya Kolumbiyası əyalətində meşə yanğınları isə daha da genişlənir.

Ştatın şimal-şərq hissəsində baş verən meşə yanğınlarının havadan çəkilişləri alovların 230 kvadrat kilometr ərazini əhatə etdiyini göstərir.

Yanğınların şiddətinə görə təxliyə marşrutları da dəyişdirilir.

NOCOMMENT.AZ