Kanadada meşə yanğını: Fövqəladə vəziyyət elan edildibackend

Kanadada meşə yanğını: Fövqəladə vəziyyət elan edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Halifax şəhərində meşə yanğını ilə əlaqədar bir həftəlik fövqəladə vəziyyət elan edilib.

NOCOMMENT.az xəbər verir ki, sakinlərin təxliyyə edilməsinə və elektrik enerjisinin kəsilməsinə səbəb olan meşə yanğını səbəbindən şəhərdə bir həftəlik fövqəladə vəziyyət elan edilib.

Alovların yaşayış məntəqələrinə çatması ilə yanaşı bütün şəhəri səmanı tüstü bürüdüyü görülüb.

Halifax Bələdiyyəsi sakinləri hava şəraiti yaxşılaşana qədər pəncərə və qapıları bağlamağa və evdə qalmağa çağırıb. İlk təxliyyələrin aparıldığı “Westwood Hills”də 10 ev külə dönüb.

Yerli hakimiyyət orqanları təcili tibbi yardım qrupları və yanğınsöndürənlərin bütün gün ərzində insanları təxliyə etdiklərini və yanğını söndürmək üçün çalışdıqlarını bildirib.

NOCOMMENT.AZ