Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb: 6 nəfər ölübbackend

Kanadada sərnişin təyyarəsi qəzaya uğrayıb: 6 nəfər ölüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Kalqari şəhərinin qərbində dağlıq ərazidə yerləşən Kananaskisdə 6 nəfərin olduğu tək mühərrikli sərnişin təyyarəsi qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, Kanada Polisi (RCMP) tərəfindən edilən açıqlamada təyyarədə aralarında pilot da daxil olmaqla 6 nəfərin öldüyü bildirilib.

Bildirilib ki, yerli vaxtla saat 21:30 radələrində təyyarə ilə əlaqənin tamamilə kəsildiyini və təyyarənin gecikdiyi bildirildikdən sonra Kanada Kral Hərbi Hava Qüvvələri (RCAF) tərəfindən axtarışa başlanılıb.

Axtarış işləri nəticəsində təyyarənin qalıqlarının tapıldığı biıdirilib:

 “Çətin relyef şəraiti səbəbindən pilot və sərnişinlərin cəsədlərinə çatmaq çox çətin idi. Ancaq 6 nəfərin cəsədi tapıldı”.

Kanada Nəqliyyat Təhlükəsizliyi Şurasının qəza ilə bağlı araşdırma apardığı açıqlanıb.