Kanadada təyyarə qəzaya düşdü – Ölənlər varbackend

Kanadada təyyarə qəzaya düşdü – Ölənlər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın Manitoba əyalətində kiçik təyyarə qəzaya uğrayıb.

NOCOMMENT.az xəbər verir ki, nəticədə 4 nəfər həlak olub, 1 nəfər yaralanıb.
Hadisə regionun az məskunlaşmış şimal hissəsində, Meykpis gölü yaxınlığında baş verib. Qəzadan sonra təyyarənin qalıqlarını axtarmaq üçün helikopter cəlb edilib. Polis məlumatına əsasən, yalnız pilot sağ qalıb, lakin o, ciddi xəsarətlər alıb. Digər sərnişinlər həyatını itirib.
Hadisə ilə bağlı araşdırma aparılır.\\Bakupost.az