Kanadalı politoloq faşizmi Qərbi birləşdirən yeganə yol adlandırıbbackend

Kanadalı politoloq faşizmi Qərbi birləşdirən yeganə yol adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Faşizm ideologiyası Qərbi birləşdirən yeganə yoldur, onun başqa dəyərli alternativləri yoxdur.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Lenta.ru-ya müsahibəsində politoloq, Kanadanın Manitoba Universitetinin Geosiyasi İqtisadiyyatın Öyrənilməsi İnstitutunun həm-direktoru Alan Friman danışıb.

“Qərb birliyini bərpa etməyin yeganə yolu, lakin mənim istəmədiyim yol faşizmdir. Başqa heç nə onu bərpa etməyəcək”, – deyə tədqiqatçı bildirib.

Friman Macarıstanın baş naziri Viktor Orbanı və müasir Avropa sağçı populistlərini də tənqid edib. Onun sözlərinə görə, onlar sonuncu dəfə “Avropa dünyasını hərbi və iqtisadi birliyə çevirmək üçün ciddi cəhdlər edən” nasist Almaniyasının lideri Adolf Hitlerə bənzəyirlər. O əlavə edib ki, belə bir ssenarinin olmasını istəmir.