Kanał Zero Duda ilə yeni video lahiyəsinə start verirbackend

Kanał Zero Duda ilə yeni video lahiyəsinə start verir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşanın sabiq prezidenti Andjey Duda jurnalist olmaq qərarına gəlib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə sosial şəbəkə X-də internet-kanal Kanał Zeronun yaradıcısı Kşiştof Stanovski məlumat verib.

“Böyük məmnuniyyətlə bildirirəm ki, Kanał Zeronun yeni müəllifi var. Prezident Andjey Duda 16 aktual mövzu üzrə 16 buraxılış hazırlayacaq”, – deyə Stanovski yazıb.

Onun sözlərinə görə, sabiq polşalı liderin müəllifi olduğu buraxılışlarda “onlarla müsahib və situasiya, xatirələr və aktual problemlərə baxışlar” yer alacaq.

Kanał Zero YouTube video platformasında yayımlanır və bu kanalın Polşanın ən böyük müxalifət partiyası “Hüquq və Ədalət” ilə bağlı olduğu güman edilir.