Kanala düşən 11 yaşlı uşaq xilas edildi – Film kimi hadisəbackend

Kanala düşən 11 yaşlı uşaq xilas edildi – Film kimi hadisə

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xaçmazda film kimi hadisə baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu gün saat 17 radələrində Xaçmaz rayonunun Hacıəlibəy kənd sakini 11 yaşlı Mirzəxanov Amil Əfqan oğlu həmyaşıdları ilə oynayarkən qəfildən Samur-Abşeron su kanalına düşüb.

Onun yanında olan həmyaşıdlarından biri qaçaraq ailəsinə məlumat verib. Ailə üzvləri və kənd sakinləri həmin əraziyə çatanda uşağın orda olmadığını görüblər. Onlar dərhal FHN-ə məlumat veriblər. Xilasedicilər hadisə yerinə çatana qədər uşaq təxminən 1 km məsafədə kanal boyu axın istiqaməti ilə hərəkət edib.

Kanala düşən uşağı elə öz həmkəndlisi xilas edib.

Qeyd edək ki, uşağın boğulmamasının əsas səbəblərindən biri kimi onun üzmə bacarığının olması qeyd olunur.

Xatırladaq ki, hazırda Samur-Abşeron kanalında suyun səviyyəsi ən yüksək həddədir.

Cəlal Fərzəliyev,
bölgə müxbiri.