Kanalda batan şəxsin meyiti tapıldıbackend

Kanalda batan şəxsin meyiti tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 8-də Xızı rayonunun Sitalçay kəndi ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində avtomobil ilə birlikdə Taxtakörpü-Ceyranbatan su kanalına düşən 1975-ci il təvəllüdlü İbrahimov Hekayət Səfər oğlunun axtarışları başa çatıb.

NOCOMMENT xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən H.İbrahimovun meyiti su kanalındakı mürəkkəb hidrotexniki qurğunun (düker) içərisində aşkarlanaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Sitalçay kəndi ərazisində “Niva” markalı minik avtomobili Taxtakörpü-Ceyranbatan su kanalına düşmüş, maşın sudan çıxarılsa da, bir nəfərin axtarışları davam etdirilirdi.