“Kapital Bank”dan narazılıq: “Birbank”da problem yarandı, müştərilər etiraz etdibackend

“Kapital Bank”dan narazılıq: “Birbank”da problem yarandı, müştərilər etiraz etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Kapital Bank” mobil “Birbank” tətbiqində günlərdir ki, ciddi problemlər yaşanır.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bankın tətbiqinin işləməməsi müştərilərin ciddi narazılığına və narahatçılığına səbəb olub. Nəticədə ödənişlərdə ciddi problemlər yaranır.

“Kapital Bank”ın “Facebook” səhifəsində də mövcud problemlə bağlı müştərilər tərəfindən narazılıqlar qeyd edilir.

“Kapital Bank”ın müştərisi Ruslan Damir mövcud problemlə bağlı bunları yazır: “Tətbiqdə kartım görünmür, onlayn ödəmə edə bilmirəm. Bu xəbərsiz fəaliyyətləriniz nəticəsində pis vəziyyətə düşürük. Saat 4-dən sizinlə əlaqə saxlaya bilmirik. Cavab verən yoxdur. Bu necə müştəri məmnuniyyətidir”.

Ramiz Mecidov adlı şəxs isə yazır: “Mənim kart hesablarım sıfırlanıb, 196 zəng mərkəzi cavab vermir. Xahiş edirəm aydınlıq gətirin!”.

 

“Kapital Bank” problemlə bağlı bunları qeyd edib: “Birbank” tətbiqində təkmilləşdirmə işlərinin aparılması səbəbindən müvəqqəti çətinliklərlə qarşılaşmanız mümkündür. Təkmilləşdirmə işləri yekunlaşdıqda, tətbiqdən maneəsiz yararlana biləcəksiniz. Yaranmış müvəqqəti narahatlığa görə Sizdən üzr istəyirik”.