Karantin rejimində evlənənlərin sayı AÇIQLANDIbackend

Karantin rejimində evlənənlərin sayı AÇIQLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu ilin ilk 10 ayı ərzində Azərbaycanda 29 min 580 nikah qeydə alınıb.

NOCOMMENT-in açıqlanan rəsmi məlumatlara istinadən apardığı hesablama göstərir ki, nikahların 12 min 127-si bu ilin ilk 3 ayında, 17 min 453-ü isə “Şadlıq evləri”nin bağlı olduğu aprel-oktyabr aylarında qeydə alınıb.

Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında nikahların sayı ötən ilin yanvar-oktyabr aylarındakından təxminən 1,7 dəfə az olub. Belə ki, ötən ilin yanvar-oktyabr aylarında Azərbaycanda 51 min 735 nikah bağlanıb.

Nikahların 3 268-i isə bu ilin oktyabr ayında qeydə alınıb.

Koronavirus pandemiyası səbəbindən karantin rejiminin tətbiq olunduğu aprel-oktyabr aylarında 8 min 524 boşanma qeydə alınıb. Karantin rejimindən əvvəlki ilk 3 ayda 3 min 823 boşanma qeydə alınıb. Müqayisə üçün qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında boşanmaların sayı 12 min 347, ötən ilin yanvar-oktyabr aylarında isə 14 min 281 olub.

Boşanmaların 1 258-i isə bu ilin oktyabr ayında qeydə alınıb.

Yeniavaz