Karantin rejimində gizli fəliyyət göstərən kafe aşkar edildi – FOTO-VİDEObackend

Karantin rejimində gizli fəliyyət göstərən kafe aşkar edildi – FOTO – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a bildiriblər ki, ölkə ərazisində xüsusi karantin rejiminin elan olunması və ictimai iaşə obyektlərinin faəliyyətinin qadağan edilməsinə baxmayaraq bəzi sahibkarlar tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.

Belə ki, Səbail Rayon Polis İdarəsi və 41-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Badamdar qəsəbəsi, S.Məmmədov küçəsində yerləşən “Şərur” kafesinin xüsusi karantin rejimini pozaraq gizli şəkildə fəaliyyət göstərdiyi aşkar olunub. Həmin kafenin sahibi Xətai rayonunda yaşayan Azər Nağıyev və obyektdə olan 3 nəfər müştəri saxlanılaraq Səbail RPİ-nin 41-ci Polis Bölməsinə gətiriliblər.

Qeyd edək ki, xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilən barəsində Polis Bölməsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.

Obyektin sahibi Azər Nağıyev barəsində isə toplanan materiallara hüquqi qiymət verilərək qərar qəbul olunması üçün məhkəməyə göndərilib.