Karantində məsuliyyətə cəlb olunan şəxslərin STATİSTİKASIbackend

Karantində məsuliyyətə cəlb olunan şəxslərin STATİSTİKASI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Koronavirus pandemiyası yayıldığı dövrdən Azərbaycanda xüsusi karantin rejimi tətbiq edilir. Bu müddətdə istər maskanın taxılması, istərsə də, digər karantin qaydalarının pozlulması səbəbi ilə minlərlə vətəndaş cərimələnib və ya məsuliyyətə cəlb olunub. 

“Ötən ilin mart ayından bu günə kimi xəstəliklərin yayılması üçün real təhlükə yaratdığına görə, 1048 nəfərə cinayət işi açılıb, 1243 nəfər barəsində inzibati həbs, 40 nəfər həbs, 56 nəfər polis nəzarətinə vermə, 464 nəfər barəsində digər qəti-imkan tədbirləri görülüb” .

Bu barədə Daxili İşlər Nazirliyindən NOCOMMENT.az-a məlumat verilib.

Qeyd edək ki, qurumun mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı statistika gündəlik olaraq ictimaiyyətə bildirilir.