Karantində yazılan cərimələrin taleyi necə olacaq? – DİNbackend

Karantində yazılan cərimələrin taleyi necə olacaq? – DİN

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Pandemiya dövründə karantin qaydalarını pozan vətəndaşlara müxtəlif məbləğdə cərimələr tətbiq olunur. Həmin şəxslər arasında dəfələrlə qaydaları pozub cərimələnənlər var. Sosial şəbəkələrdə aparılan müzakirələrə görə 600, 800, hətta 1000 manat məbləğində cərimə ödəməli olan şəxslər var. Onlar iddia edirlər ki, cərimə ödənişini gecikdirdikləri üçün üzərinə faiz gəlib. Bundan başqa, bildirirlər ki, ASAN Xidmət mərkəzlərindən hər hansı sənəd aldıqda, onların qarşısına cəriməni ödəmək tələbi qoyulur.

NOCOMMENT.az xəbər verir ki, qurumun Kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Bakupost.az-a açıqlamasında tətbiq olunan cərimələrin bütün hallarda ödənilməli olduğunu deyib:

“İnzibati xəta tərkibli bu halla bağlı barəsində inzibati xəta haqqında protokol tərtib olunan şəxs inzibati tənbeh tədbirində tətbiq olunan o cərimə məbləğini ödəməlidir. Bu qanunvericiliyin tələbidir. Gecikdirilmiş cəriməyə görə əlavə ödəniş, yaxud faiz tətbiq olunmur. Sadəcə ödənilmədiyi halda probasiya xidmətinə yönəldilir.

Pandemiya şəraitində mövcud karantin rejimi qaydalarının qorunması və gözlənilməsi hər kəsə şamil olunan məsələdir. Tibbi maskadan istifadə ilə bağlı normalar müəyyən olunub. Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada tibbi maskalardan istifadə ilə bağlı qərarı ləğv olunsa da, hazırda qapalı məkanlarda maskadan istifadə və sosial məsafənin gözlənilməsi qüvvədə saxlanılıb. Yəni bütün qapalı məkanlarda nəzərdə tutulub. Qaydalara əməl etməyən şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunduqda onlar barəsində qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülür”.