Karantini pozduğuna görə həbs olunanların sayı açıqlanıbbackend

Karantini pozduğuna görə həbs olunanların sayı açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İndiyədək karantin rejimini pozmaqla xəstəliklərin yayılması üçün real təhülkə yaratma faktlarına görə 1 186 cinayət işi üzrə 605 nəfər məsuliyyətə cəlb olunub”.

NOCOMMENT xəbər verir ki, bunu report-un sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, ötən ilin mart ayından bu günə qədər həmin cinayət işləri üzrə məhkəmələr tərəfindən 45 nəfər barəsində həbs, 58 nəfər barəsində polisin nəzarəti altına vermə, qalan 502 nəfər barəsində digər qətimkan tədbirləri seçilib.