Karapetyan: Vəziyyət Bakının xeyrinədir, Paşinyan yaxın günlərdə…backend

Karapetyan: Vəziyyət Bakının xeyrinədir, Paşinyan yaxın günlərdə…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan və Azərbaycan arasında fikir ayrılıqlarına baxmayaraq, sülh müqaviləsinin imzalanması istiqamətində proses davam edir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu erməni politoloq Anna Karapetyan deyib.

“Bölgədə vasitəçilik və təsir imkanlarını genişləndirmək baxımından Qərblə Rusiya arasında mübarizə davam edir. Bunun son təzahürlərindən biri Praqa və Soçidə ard-arda keçirilən görüşlər, ardınca verilən bəyanatlar oldu. Qərbin vasitəçilik etdiyi proseslə bağlı bəyanatlarını eşitmişdik. Qərbin ilin sonuna (bu ayın) kimi sülh sazişinin imzalanması gözləntiləri var. Amma məlum olur ki, müəyyən çətinliklər var, bu da xarici işlər nazirlərinin görüşündən sonra açıqlandı.

Bununla belə, hər halda proses davam edir, məsələn, Ararat Mirzoyanın son açıqlaması buna sübutdur. Mirzoyan bildirib ki, Azərbaycan Ermənistanın təqdim etdiyi təkliflərə öz cavabını verib və hazırda Ermənistan tərəfi bunları nəzərdən keçirir.

Bu o deməkdir ki, ritorika və bəyanatlar səviyyəsində müəyyən gərginlik və fikir ayrılıqlarının olmasından asılı olmayaraq, proses davam edir”, – deyə politoloq vurğulayıb.

Karapetyanın sözlərinə görə, Ermənistan hakimiyyəti həmişə sülh müqaviləsini imzalamağa hazır olduğunu bəyan edir: “Hətta ümid etdiklərini bildirirlər ki, ilin sonuna qədər bunu etmək mümkün olacaq və s. Azərbaycan da bunda maraqlı görünür. Çünki sülh müqaviləsinə dair Qərbin təklif etdiyi variant Azərbaycanın məlum beş prinsipinə söykənir”.

Politoloq qeyd edib ki, Qərbin təklif etdiyi variant Qarabağ məsələsini tamamilə Azərbaycanın xeyrinə bağlamağı ehtiva edir: “Yəni həmin prinsiplərin məntiqi ilə sülh müqaviləsi imzalanacaqsa, Azərbaycan bu məsələdə maraqlıdır. Paşinyan da həmin prinsiplərə qarşı olmadığını bəyan edib”.

Karapetyan vurğulayıb ki, bu kontekstdə Rusiya və Qərbin maraqları fərqlənir: “Qərb o mesajı verməyə çalışır ki, münaqişə yoxdur, buna görə də Ermənistanın nə Azərbaycanla, nə də Türkiyə ilə problemi var. Beləliklə, Qərb Rusiyanın bölgədəki rolu və mövcudluğunu azaltmağı hədəfləyir. Rusiya isə əksinə, kommunikasiyaya, sərhədlərin delimitasiyası məsələlərinin öz vasitəçiliyi ilə həllinə və bölgədə mövcudluğunu təmin etməyə üstünlük verir. Rusiya demək istəyir ki, gələcəkdə həll edilməli olan münaqişə var”.

Ekspert Ermənistan hökumətinin regionda Qərbin güclənməsində maraqlı olduğunu iddia edib: “Rusiya hakimiyyəti ilə hər hansı telefon danışığı və ya görüşdən sonra yalnız ritorika səviyyəsində geri addım atılır və ya bəyanatlar şəklində Rusiyanı özünə cəlb etməyə cəhd göstərilir. Əslində, bunun özü də anti-Rusiya xarakteri daşıyır və onun regiondakı rolunu zəiflətməyə yönəlib”.

Karapetyan bölgədəki mövcud durumun Azərbaycanın xeyrinə olduğunu və prosesin də onun maraqları çərçivəsində irəlilədiyini söyləyib.