Karasin: Ər-Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıbbackend

Karasin: Ər-Riyaddakı danışıqlar o qədər də səmərəli olmayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya və ABŞ nümayəndə heyətləri arasında Ər-Riyaddakı danışıqlar o qədər də məhsuldar olmayıb.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının Beynəlxalq Məsələlər Komitəsinin sədri Qriqori Karasin bildirib.

“İlk görüşdə hansısa sıçrayışlı nəticələr gözləmək sadəlövhlükdür”, – o qeyd edib. Komitə sədri əlavə edib ki, görüşdə Rusiyanın kənd təsərrüfatı məhsullarının ixracı üçün limanlara çıxışı və “Rosselxozbank”ın SWIFT-ə qoşulması müzakirə olunub.