ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Kiyevə Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərdən geri qaytarılmaqla 50 milyard dollar ayırmaq layihəsindən imtina etməsi riski var.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Polşanın maliyyə nazirinin müavini Pavel Karbovnik bildirib.
“Donald Trampın 50 milyard dollarlıq müqavilədən imtina etməsi riski var”, deyə o vurğulayıb.
O qeyd edib ki, bu riskə baxmayaraq, Avropa İttifaqı Ukraynaya ayrılan 50 milyard dolların Kiyevin sərəncamına düşəcəyinə zəmanət vermək niyyətindədir.
Bundan əvvəl ABŞ-ın dövlət katibi Entoni Blinken Brüsseldə keçirdiyi mətbuat konfransında bildirib ki, G7 ölkələri Rusiya Federasiyasının dondurulmuş aktivlərindən Ukraynaya yardımın verilməsi üzrə işləri yekunlaşdırır.
Söhbət 50 milyard dollarlıq məbləğdən gedir, dövlət katibi yaxın həftələrdə Rusiya aktivlərinin həm ABŞ, həm də Avropadan axmağa başlayacağını açıqlayıb.
Blinkenin sözlərinə görə, Ağ Ev Ukraynanın ölkə iqtisadiyyatını və hərbi potensialını dəstəkləmək üçün vəsait və resurslara malik olmasını istəyir.