Karlson Trampı “millətin lideri” adlandırıbbackend

Karlson Trampı “millətin lideri” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Jurnalist Taker Karlson bildirib ki, keçmiş prezident və prezidentliyə namizəd Donald Tramp Pensilvaniyadakı sui-qəsddən sonra “millətin lideri” olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Karlson Trampa sui-qəsd cəhdini ABŞ-da çox şeyi dəyişdirən tarixdə dönüş nöqtəsi adlandırıb.

“Dünya başqa cür oldu. Donald Tramp fərqli oldu. Bunun Donald Trampa təsiri ondan ibarət idi ki, o, artıq sadəcə siyasi partiya namizədi, keçmiş prezident və ya gələcək prezident deyil, millətin lideri idi”, – Karlson Respublikaçılar Partiyasının qurultayında deyib.