Karni Kanadanın suverenliyini tanıması şərti ilə Trampla dialoqa başlaya biləcəyini deyibbackend

Karni Kanadanın suverenliyini tanıması şərti ilə Trampla dialoqa başlaya biləcəyini deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kanadanın baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampla müxtəlif məsələlərdə danışıqlara başlamağa hazır olduğunu bildirib.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, Karni danışıqlar üçün, ABŞ prezidentinin Kanadanın suverenliyini tanımasını şərt qoşub.

“Mən bunu etməyə tam hazıram. Lakin bir şərt var; o Kanadanın suveren ölkə olduğunu etiraf etməlidir. Biz daha geniş müzakirəyə başlamazdan əvvəl bunu deməli və qəbul etməlidir”, – Karni jurnalistlərə deyib.

Qeyd edək ki, Tramp dəfələrlə bir çox kanadalının öz ölkələrinin ABŞ-ın 51-ci ştatı olmasını istədiyini deyib.