“Karvan-Yevlax” bu gün “Şamaxı”nı qəbul edəcəkbackend

“Karvan-Yevlax” bu gün “Şamaxı”nı qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Misli Premyer Liqasının XIV turunda daha bir oyun keçiriləcək.

NOCOMMENT.az xəbər verir ki, günün yeganə qarşılaşmasında “Karvan-Yevlax” “Şamaxı” ilə üz-üzə gələcək.

Matç Yevlax şəhər stadionunda, saat 14:00-da start götürəcək.

Şamaxı kollektivi 14 xalla turnir cədvəlinin doqquzuncu sırasında qərarlaşıb. 5 xalı olan yevlaxlılar isə sonuncu – on ikincidirlər.

Tərəflər arasında ilk dövrədə keçirilən matçda “Şamaxı” 3:0 hesablı qələbə qazanmışdı.