Kasapoğlu: Bakı istəsə, Ermənistanın ürəyini vurarbackend

Kasapoğlu: Bakı istəsə, Ermənistanın ürəyini vurar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın mülki əhalini hədəf almasına Azərbaycan strateji silah imkanları baxımından misli ilə cavab verə bilərdi.

NOCOMMENT axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyənin İqtisadi və Xarici Siyasət Araşdırmaları Dərnəyinin direktoru Can Kasapoğlu bildirib.

Azərbaycanın döyüş meydanında Ermənistandan dəfələrlə üstün olduğunu söyləyən Kasapoğlu Bakının kifayət qədər imkanı olmasına baxmayaraq, bu günə qədər mülki hədəflərə zərbə endirmədiyini bildirib: “Azərbaycan 200 km məsafədəki hədəfi məhv etmək gücünə malik Belarus istehsalı “Polonez” raketlərinə və Ermənistanın “ürəy”ini vura biləcək İsrail istehsalı LORA taktiki-ballistik raketlərinə sahibdir. Ermənistan qarşıdurmanı çirkin bir şəkildə gərginləşdirir, çünki Azərbaycan Ordusunun dronları qarşısında acizdir. Azərbaycan Silahlı Qüvvələrinin döyüş meydanındakı böyük texnoloji üstünlüyü qarşısında Ermənistan açıq şəkildə müharibə cinayəti törədir. Erməni qüvvələri bir müddətdir ki, qəsdən əhalinin sıx yaşadığı mərkəzlərə və kritik əhəmiyyətə malik milli infrastrukturlara zərbələr endirir”.

C.Kasapoğlu Əliyev rəhbərliyinin kifayət qədər təmkinli yanaşma ortaya qoymaqla düzgün mövqe sərgilədiyini vurğulayıb.