“Kasperski Laboratoriyaları” şirkəti dronları aşkar etməyə imkan verəcək “Antidron” adlanan sistemlərini MDB və Avropaya 2021-ci ildə ilkin tədarükünə başlayacaq.
NOCOMMENT.az axar.az-a istinadən xəbər verir ki, bu məlumatı “Antidron” layihəsinin rəhbəri Vladimir Turov deyib.
O bu sistemləri bir sıra şirkətlərə satmaqla bağlı müqavilə imzaladıqlarını, amma onların adlarını açıqlamayacağını bildirib.
Turov bu sistemlərin dronları endirmək və ya havaya qalxdığı uçuş nöqtəsinə göndərmək imkanına sahib olduğunu söyləyib.