“Kaspi” liseyi və nazirlikdəki böyük vəzifələrbackend

“Kaspi” liseyi və nazirlikdəki böyük vəzifələr

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ramiz Mehdiyev və Əli Həsənov şəbəkəsinin üzvləri bütün nazirlik və komitələri əhatə edib.

NOCOMMENT.az xəbər verir ki, bu fikirləri sabiq deputat, təhsil eksperti Etibar Əliyev Feysbuk səhifəsində yazıb.

Emin Əmrullayev Ramiz Mehdiyevin oğluna aid olan “Şərq-Qərb” nəşriyyatına 40 milyon manata yaxın vəsait köçürüb. Emin Əmrullayevin şəriki, Təhsil İnstitutunun direktor əvəzi Elnur Əliyev, Əli Həsənovun ən yaxın adamı olmaqla uzun müddət “Kaspi” liseyini idarə edib. E. Əmrullayev nazir təyin olunduqdan sonra şərikini orada qoya bilməzdi, onu Nazirlikdə böyük vəzifələrə təyin etdi. Elnur Əliyev isə “Kaspi”ni boş buraxa bilməzdi və yerini qardaşı Elşən Əliyevə verdi. Hörümçək toru şəklində qurulan Mehdiyev-Həsənov şəbəkəsi ölkənin milyonlarını qamarlayıb, xarici ölkə banklarına köçürüblər.

Elnur Əliyevin də fəaliyyəti ciddi şəkildə yoxlanılmalıdır.