Kaspi qəzetinin baş redaktoru işdən çıxdıbackend

Kaspi qəzetinin baş redaktoru işdən çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əməkdar jurnalist İlham Quliyev “Kaspi” qəzetinin baş redaktoru vəzifəsindən çıxıb.

NOCOMMENT xəbər verir ki, bu barədə İ.Quliyev özü feysbukda bildirib.

“Kaspi” qəzetinin baş redaktoru vəzifəsindən gedirəm. Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq.

Gepostet von Ilham Quliyev am Mittwoch, 9. September 2020

“Bu qəzet və kollektiv mənim üçün həmişə doğma olaraq qalacaq”, – deyə İ.Quliyev əlavə edib.

Qeyd edək ki, qəzetin əksər əməkdaşları işdən çıxıb.

Xatırladaq ki, Əli Həsənovun həyat yoldaşı Sona Vəliyevaya məxsus qəzetdə İ.Quliyev 2015-ci ilin fevral ayının 2-dən baş redaktor vəzifəsində çalışırdı.