Kataniya hava limanı uçuşlar üçün yenidən açılıbbackend

Kataniya hava limanı uçuşlar üçün yenidən açılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyada Etna və Stromboli vulkanlarının püskürməsi ilə əlaqədar bağlanan Siciliya adasındakı Kataniya hava limanı uçuşlar üçün yenidən açılıb.

NOCOMMENT.az CNN-ə istinadən  xəbər verir ki, İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu iki gündür aktivlik müşahidə olunan Etna və Stromboli vulkanları barədə məlumat yayıb. Bildirilib ki, Etna vulkanının aktivliyi azalıb. Stromboli vulkanı isə intensiv və şiddətli fəaliyyətdədir, lakin hazırda aktiv lava axını müşahidə edilmir. Bölgədə elan olunan qırmızı həyəcan davam edir, mülki müdafiə əməliyyat komitəsi çağırılıb.

İnstitutun məlumatına görə, adada seysmik aktivliyin səviyyəsi aşağıdır.