Kavaninin yeni klubu bəlli oldubackend

Kavaninin yeni klubu bəlli oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Edinson Kavani karyerasını Argentinada davam etdirməyə yaxındır.

NOCOMMENT.az xəbər verir ki,  “Boka Xuniors” klubu 35 yaşlı hücumçuya təklif göndərib. Bu barədə idman jurnalisti Fabritsio Romano məlumat yayıb. Uruqvaylı forvardın təklifə müsbət yanaşdığı bildirilir.

Futbolçu ilə İspaniyanın “Vilyarreal” klubu da yaxından maraqlanır.

Qeyd edək ki, Kavaninin son klubu “Mançester Yunayted” olub.