Bu gün keçirilən seçkilərdə Gürcü Arzusu – Demokratik Gürcüstan Partiyasından Tiflis merliyinə namizəd Kaxa Kaladze seçkilərdə 77,4% səs toplayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Gürcüstanın Mərkəzi Seçki Komissiyası məlumat verib.
Məlumata görə, onun əsas rəqibləri “Güclü Gürcüstan-Lelo” partiyasının namizədi İrakli Kupradze 12,45%, “Qirçi” partiyasının namizədi Yaqo Xviçiya isə 7,52% səs toplayıb.
Qeyd edək ki, Tbilisi meri postu uğrunda ümumilikdə 9 namizəd mübarizə aparıb.
Xatırladaq ki, K. Kaladze “Gürcü Arzusu”nun namizədi olaraq Tbilisi meri vəzifəsinə ilk dəfə 2017-ci, ikinci dəfə isə 2021-ci ildə seçilib.