“Birincisi, sülh olmalıdır və hələ ki Putin sülh istəmir”.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Kaya Kallas Brüseldə jurnalistlərə açıqlamasında bildirib.
“Bizim Ukraynada sülhməramlı missiyamız ola bilməz. Lakin, Ukraynaya veriləcək təhlükəsizlik təminatları barədə müzakirələr davam edir”, – Kallas qeyd edib.