Kazan hava limanı 8 pilotsuz təyyarənin şəhəri hədəfə alması səbəbilə bütün uçuşları dayandırıb.
NOCOMMENT.az xəbər verir ki, səlahiyyətlilər səkkiz hücumdan altısının yaşayış məntəqələrindəki binaları vurduğunu bildiriblər.
Tatarıstan lideri Rüstəm Minnixanov təhlükəsizliklə əlaqədar şənbə və bazar günləri respublikada keçiriləcək bütün kütləvi tədbirləri ləğv edib.