Kazan və Samara hava limanları təyyarələrin qəbulunu və göndərilməsini bərpa edib.
NOCOMMENT.az bildirir ki, bu barədə Federal Hava Nəqliyyatı Agentliyinin mətbuat xidməti məlumat yayıb.
“Kazan, Samara (Kurumoç). Təyyarələrin gəlişi və gedişi ilə bağlı məhdudiyyətlər aradan qaldırılıb. Məhdudiyyətlər uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə tətbiq edilib”, – məlumatda deyilir.
Məhdudiyyətlər dövründə Kazana uçan iki təyyarənin və Samaraya uçan beş təyyarənin alternativ aerodromlara yönləndirildiyi bildirilir.