Kazaryan: Paşinyan Qafana gedə bilmir, çünki Azərbaycan…backend

Kazaryan: Paşinyan Qafana gedə bilmir, çünki Azərbaycan…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İki ildən sonra Ermənistan Baş naziri Nikol Paşinyan Gorus-Qafan magistral yolu ilə Qafana gedə bilmir”.

NOCOMMENT teleqraf-a istinadən xəbər verir ki, bunu Ermənistanın Polşadakı keçmiş səfir Edqar Kazaryan deyib.

Eks-səfir Paşinyanın sonuncu dəfə Qafanda 2020-ci il yanvarın 24-də olduğunu bildirib.

Kazaryan artıq Qafan-Gorus yolunun bir hissəsinə (Azərbaycandan keçən hissəsinə) Azərbaycan ordusunun nəzarət etdiyini deyib.

“İki il əvvəl burada jurnalistlərin qarşısında “cəsarətindən” həzz ala bilirdi. Amma cəmi iki il sonra, demək olar ki, eyni gündə, 24 yanvar 2022-ci il tarixində artıq Gorus-Qafan yolu ilə Qafana gedə bilmədi”, – sabiq diplomat qeyd edib.