NATO ölkələri Soyuq Müharibə dövründə keçirilən genişmiqyaslı Reforger hərbi təlimlərini canlandırmalıdır.
NOCOMMENT.az xəbər verir ki, bu fikri Müttəfiqlərin Avropadakı Ali Baş Komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis Bloomberg agentliyinin köşə yazısında bildirib.
“Bunlar sadəcə manevrlər və ya heyət təlimləri deyil, hazırkı hərbi planların real vaxtda nümayişi olmalıdır”, – deyə keçmiş hərbçi vurğulayıb.
Stavridis vurğulayıb ki, bu təlimlər zamanı bütün səviyyələrdə komandirlər qoşunlar üzərində real gücə malik olacaqlar. Keçmiş admiral qeyd edib ki, Şimali Atlantika Alyansı ölkələri “Rusiyanı çəkindirmək” üçün Reforger təlimlərinin bərpası imkanlarını müzakirə etməlidir.