Keçmiş həyat yoldaşı ötən il qardaşı ilə evləndiyi zaman televiziya proqramına qatılan Ayhan Sarıkaya (46) evinin bağçasında bıçaqlanaraq öldürülüb.
Ayhan Sarıkayanı evinin bağçasında hərəkətsiz vəziyyətdə görən qonşuları vəziyyəti jandarmaya bildirib. Kəndə sağlamlıq və jandarma qrupları sövq edildi.
NOCOMMENT.az xəbər verir ki, sağlamlıq qrupları Ayhan Sarıkayanın bıçaqlanaraq öldürüldüyünü müəyyən edib.
Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb.