Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZAbackend

Keçmiş arvadını azyaşlı oğlunun gözləri qarşısında öldürmək istəyən şəxsə AĞIR CƏZA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncə Ağır Cinayətlər Məhkəməsində keçmiş arvadını öldürməyə cəhd etməkdə təqsirləndirilən Ramil İmanovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

NOCOMMENT.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Hadisə ötən il iyulun 1-də Gəncə şəhəri ərazisində qeydə alınıb.

Belə ki, 1989-cu il təvəllüdlü Ramil İmanovun şəhərin Məhsəti qəsəbəsində yerləşən fərdi yaşayış evlərindən birində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş arvadı, 1988-ci il təvəllüdlü Şəhla Bayramovaya azyaşlı oğlunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd edib.

Ramil İmanova Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib və barəsində həbs qətimkan tədbiri seçilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.