Keçmiş baş nazir: Armen Sarkisyan Britaniya agentidirbackend

Keçmiş baş nazir: Armen Sarkisyan Britaniya agentidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanda Qarabağdakı məğlubiyyətdən sonra başlayan siyasi, iqtisadi, hərbi və sosial dalğalanmalar davam edir. Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan respublikanın prezidenti Armen Sarkisyanın Britaniyanın agenti olduğunu bildirib.

NOCOMMENT oxu.az-a istinadən xəbər verir ki, bu barədə “Türkiye Gazetesi” xəbər yayıb.

Bildirilir ki, 53 erməni hüquqşünas ölkə prezidentini Böyük Britaniya vətəndaşlığına malik olmaqda və erməni xalqından bəzi şəxsi məlumatları gizlətməkdə ittiham edərək Ermənistanın Baş Prokurorluğuna şikayət veriblər.

Bu mövzuda fikirlərini bölüşən Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Ermənistan prezidenti Armen Sarkisyandan danışıb: “Uzun illər Böyük Britaniyada yaşayıb. Britaniya kraliçası yanında xüsusi mövqeyi var. Böyük Britaniyaya sadiqdir və Birmingem Sarayında önəmli bir yer tutur”.

Zülfüqarov qeyd edib ki, Sarkisyan Ermənistanda ikili vətəndaşlıq faktını erməni xalqından gizlətməkdə ittiham olunur. O, həmçinin Londonun Sarkisyanı beynəlxalq aləmdə açıq və qətiyyətlə dəstəklədiyini vurğulayıb.

1993-1996-cı illərdə Ermənistanın baş naziri olmuş “Azadlıq” Partiyasının sədri Qrant Baqratyan Sarkisyanı “Mİ6 agenti” adlandırıb. Baqratyan Sarkisyanı Böyük Britaniyanın maraqlarına xidmət etməkdə, erməni xalqına xəyanət etməkdə günahlandırıb və təhlükəli antikonstitusion oyunlar oynadığını söyləyib.

53 erməni vəkili Sarkisyana qarşı analoji əsaslarla cinayət işinin başlanmasını istəyib.