Finlandiyanın keçmiş baş naziri Alexander Stubb prezidentliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Stubb sosial media platformasında bildirib.
Finlandiyanın Baş naziri Petteri Orpo avqustun 14-də Stubbın Milli Koalisiya Partiyasının prezidentliyə namizədi olmasını istədiklərini bildirib.
“Fürsət və verdiyiniz etimada görə təşəkkür edirəm. Prezident seçkilərində namizəd olmaq böyük şərəfdir”, – Stubb deyib.
Hazırda İtaliyanın Florensiya şəhərindəki Avropa Universitetləri İnstitutunda professor və direktor vəzifəsində çalışan Stubb 2014-2015-ci illərdə Finlandiyada baş nazir olana qədər müxtəlif nazir vəzifələrində çalışıb.
Qeyd edək ki, Finlandiyada növbəti prezident seçkiləri 2024-cü ilin yanvarına təyin edilib.