Keçmiş baş nazir: Problem türklərdə deyil, Paşinyandadırbackend

Keçmiş baş nazir: Problem türklərdə deyil, Paşinyandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Problem türklərdə deyil, Paşinyandadır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu öz feysbuk səhifəsində Ermənistanın keçmiş baş naziri Qrant Baqratyan yazıb.

“Görürsüz, o, Tavuş kəndlərini də təhvil verir, həm də Tiqranaşeni”.

Eks-baş nazir əlavə edib: “Bir neçə ay əvvəl iki qubernator (Sarkisyan və Çobanyan) məni yalançı adlandırıb məhkəməyə verdilər. Axırda kim haqlı çıxdı? Bu sadə məntiq idi, deyilmi? Yeri gəlmişkən, anklavlarımızı (Artsvaşen) geri alırıq? Əclaf soruşur: hardan bilirsiz? Sizin Azərbaycanla əlaqəniz var. Əlbəttə, var. Bu əlaqə sənsən. Türk girdi, ərazini ələ keçirdi və anklavların təslimini təmin etdi.

Cəsarətin vardısa, qovardın. Bunu da xatırlayın: anklavların təslim olmasından sonra türklər yenidən gələcəklər. Problem türkdə deyil (həmişə belə olub), problem səndədir”.