Keçmiş baş nazir Xana verilən həbs cəzası təxirə salınıbbackend

Keçmiş baş nazir Xana verilən həbs cəzası təxirə salınıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 İslamabad Ali Məhkəməsi Pakistanın keçmiş baş naziri İmran Xanın 3 il həbs cəzası aldığı korrupsiya işi ilə bağlı qərarını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Xana verilən cəzanı təxirə salan məhkəmə keçmiş baş nazirin zaminə buraxılmasına qərar verib.

Məhkəmə daha əvvəl Xanı 490 min dollar dəyərində hədiyyələr satmaqda və baş nazirliyi dövründə aldığı vəzifəsindən sui-istifadə etməkdə təqsirli bilib və 3 il həbs cəzasına məhkum edib.

Pakistan polisi məhkəmənin qərarı ilə avqustun 5-də Xanı Lahordakı evində həbs edib.

Avqustun 8-də isə Pakistan Seçki Komissiyası korrupsiya işində mühakimə olunan və həbs edilən keçmiş baş nazir İmran Xanın 5 il müddətinə siyasətdən uzaqlaşdırılmasına qərar verib.

Qeyd edək ki, Xan ölkənin şimal-qərbindəki Attock həbsxanasında saxlanılır.

NOCOMMENT.AZ