Keçmiş baş prokuror prezidentliyə namizəd oldubackend

Keçmiş baş prokuror prezidentliyə namizəd oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldova Mərkəzi Seçki Komissiyası keçmiş baş prokuror Aleksandr Stoyanoqlonun prezidentliyə namizəd kimi qeydə alınmasını təsdiqləyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının rəhbəri Anqela Karaman məlumat verib.

Stoyanoqlonun müxalifətdən vahid namizəd kimi irəli sürülməsi təşəbbüsü İqor Dodonun Moldova Sosialist Partiyası tərəfindən irəli sürülüb. Lakin bu məsələ ilə bağlı danışıqlar uzanır.

Keçmiş prokurorun əsas qaydaya əməl etdiyi və müxtəlif yerlərdə 15 mindən çox imza topladığı qeyd edilir.