Keçmiş deputat Krımın Ukraynaya nə vaxt qaytarılacağını deyibbackend

Keçmiş deputat Krımın Ukraynaya nə vaxt qaytarılacağını deyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə yaşayan rusiyalı müxalif siyasətçi, Rusiya Dövlət Dumasının keçmiş deputatı İlya Ponomaryov müharibə nəticəsində müvəqqəti işğal olunmuş Krımın Ukraynaya qayıdacağına inanır.

NOCOMMENT.az xəbər verir ki, o bu fikri “Ukrayna 24” telekanalına eksklüziv müsahibəsində bildirib.

“Rusiyanın sadəcə olaraq hərbi qələbəyə aparan yolu yoxdur və əgər hərbi qələbə olmasa, hərbi məğlubiyyət də olacaq. Bu halda yeganə sual ondan ibarətdir ki, indiki müharibənin nə mənası var? Məncə, bu, görünür, belə də olacaq. Belə bir kompromis Rusiya üçün hələ də çox müsbətdir. Əgər Ukrayna desə ki, neytraldır və Donbass silahsızlaşdırılıb, o zaman rus qoşunları indi nəinki işğal olunmuş əraziləri, həm də əvvəllər işğal olunmuş torpaqları – Krımı da tərk edəcəklər”, – Ponomaryov bildirib.

Krım 2014-cü ilin martında nə Ukrayna, nə də dünya birliyi tərəfindən tanınan “referendum”dan sonra Rusiya tərəfindən işğal edilib.
Ukrayna Ali Radası 20 fevral 2014-cü il tarixini rəsmi olaraq Krım və Sevastopolun Rusiya tərəfindən müvəqqəti işğal günü elan edib.

Beynəlxalq təşkilatlar Krımın işğalını qanunsuz olaraq tanıyıb və Rusiyanın hərəkətlərini pisləyib.
modern.az