Keçmiş deputatın bankı məhkəmə qarşısındabackend

Keçmiş deputatın bankı məhkəmə qarşısında

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AGBank” Açıq Səhmdar Cəmiyyəti (ASC) cərimələnə bilər.

NOCOMMENT.az Valyuta.az-a istinadən xəbər verir ki, bank barəsində İnzibati Xətalar Məcəlləsinin 347-ci (Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsi) maddəsi ilə iş başlanıb.

İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq.

347-ci maddəyə görə vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.

“AGBank” ASC keçmiş deputat Çingiz Əsədullayevin bankı kimi tanınır.