Keçmiş deputatlığa namizəd Şahin Camalovun şirkəti DVX-nin “qara siyahısı”nə düşdübackend

Keçmiş deputatlığa namizəd Şahin Camalovun şirkəti DVX-nin “qara siyahısı”nə düşdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“OMEGA Turizm və Xaricdə Təhsil Agentliyi” Məhdud Məsuliyyətli Cəmiyyəti vergi qanunvericiliyini pozub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, MMC riskli vergi ödəyicisi kimi qeydə alınıb.

Bildirək ki, şirkətin nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Şahin Camalov Vəkilağa oğludur.

Araşdırmalar zamanı məlum olub ki, Şahin Camalov Vəkilağa oğlu eyni zamanda Azərbaycan Diasporuna Dəstək Fondunun İcraçı direktorun müavini vəzifəsində çalışır.

O, həmçinin 2020-ci ildə 68 saylı Cəlilabad kənd seçki dairəsindən deputatlığa namizəd olub.

Xatırladaq ki, Riskli vergi ödəyicisi — Vergi orqanları tərəfindən maliyyə vəziyyəti və vergi öhdəlikləri üzrə yüksək risk qrupu hesab edilən şirkətlərdir.