“Rostec”in hüquqi dəstək və korporativ idarəetmə üzrə keçmiş direktoru Alla Laletina çoxmilyonluq rüşvətə görə 8 il müddətinə azadlıqdan məhrum edilib.
NOCOMMENT.az xəbər verir ki, bu hökmü Moskvanın Xamovniçeski Məhkəməsi çıxarıb. Laletina məhkəmə tərəfindən 133 milyon 61 min rubl məbləğində müəyyən edilmiş cərimə də ödəməlidir. Təqsirləndirilən şəxsin müdafiə tərəfi hökmdən apellyasiya şikayəti vermək niyyətindədir.
Alla Laletina, cinayət işinin materiallarından belə çıxır ki, Novosibirsk süni lif zavodunun (NZIV) baş direktoru Rüstəm İzmailovdan 66,8 milyon rubl rüşvət alıb. Pul kiçik tranşlarla 2018-ci ilin fevralından 2019-cu ilin aprelinə qədər köçürülüb