Keçmiş döyüşçü: Balasanyan arvadları, qızları, gəlinləri zorlayırdıbackend

Keçmiş döyüşçü: Balasanyan arvadları, qızları, gəlinləri zorlayırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şənbə günü Qarabağdakı separatçı tör-töküntünün rəhbərliyindən – qondarma təhlükəsizlik şurasının katibi vəzifəsindən uzaqaşdırılan Vitali Balasanyanın Araik Arutyunyan-Ruben Vardanyan cütlüyünə qarşı hansı addım atacağı müzakirə olunur.

Bəziləri ona yeni “vəzifə” veriləcəyini gözləyir, digərləri isə Ermənistanın eks-prezident Serj Sarkisyanla dost olan V.Balasanyan daha separatçı-terrorçu dəstənin rəhbərliyinə yaxın buraxılmayacağını düşünür.

NOCOMMENT xəbər verir ki, yenisabah-ın məlumatına görə, siyasi şərhçi Nazim Cəfərsoyun fikrincə, Vitali Balasanyanın polkovnik Ararat Melkumyanla əvəz edilməsi bir neçə baxımdan Azərbaycan üçün neqativ sayıla bilər.

“Balasanyan həm əvvəllər, həm də son dövrlərdə Azərbaycan rəsmilərinin qeyri-rəsmi dialoq qurduğu Qarabağ ermənisi idi. Laçın və Zabuxun boşaldılmasında faydası olub. Balasanyan həm də Vardanyana qarşı fiqur kimi diqqəti cəlb edirdi. Bu mənada mövcud vəziyyətdə və qısa perspektivdə Balasanyanın gedişi Azərbaycan üçün Qarabağ erməniləri arasında güc balansına təsir göstərmə və qeyri-rəsmi dialoq aparma baxımından neqativ məna kəsb edir”.

Ekspert düşünür ki, uzun vədədə bu addımın necə nəticə doğuracağını gözləmək lazımdır.

“Burada ilk növbədə Azərbaycanın qərarlı və ağıllı siyasəti önəmlidir. İkincisi, Qarabağda Paşinyanın dəstəklədiyi Araik Arutyunyan ilə Rusiyanın adamı Ruben Vardanyan arasında güc mübarizəsinin necə gedəcəyinin gedişatı önəmlidir. Üçüncüsü, Balasanyanın gələcək addımları da önəmlidir”.

Amma istənilən halda adları çəkilən şəxslərin hamısının separatçı-terrorçu olduğunu vurğulayan ekspertin fikrincə, onların məhv edilməsi və ya həbsi rəsmi Bakının gündəmi olmalıdır:

“Rəsmi Bakı bu prosesdə Azərbaycana qarşı xüsusilə radikal mövqeyi ilə seçilən və ən çox səsi çıxan bu cinayətkar qruplaşmaların nümayəndələrinə qarşı davamlı müxtəlif antiterror və psixoloji əməliyyatlar keçirməlidir”.

Birinci Qarabağ müharibəsinin iştirakçısı, əslən şuşalı, ehtiyatda olan polkovnik Azay Kərimov deyir ki, Vitali Balasanyan heç də sıradan biri deyil və separatçılar arasında böyük nüfuzu var.

Onun sözlərinə görə, Əsgərandə anadan olmuş Balasanyan terroru sevən, türklərin düşməni olan və həddindən artıq qəddar bir ermənidir. A.Kərimov da bütün digər terrorçular kimi Balasanyan, Vardanyan, Arutyunyan kimi separatçı ünsürləein tezliklə zərərsizləşdirilməsinin tərəfdarıdır:

“Balasanyan “Daşnaksütyun” partiyasının üzvüdür. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. 1992-ci ilin əvvəlindən başlayaraq Azərbaycana qarşı döyüşüb. Xocalı camaatını qırıb, hətta şəhid komandirlərimiz Şirin Mirzəyevin və Allahverdi Bağırovun xidməti maşınlarının keçdiyi yollara mina da yerləşdirə bilib və onların öldürülməsinə nail olub”.

Azay Kərimov deyir ki, Vitali Balasanyan öz millətinə qarşı da qəddarlıq edib.

“O zamanlar Qarabağdakı mülki erməni əhaliyə qarşı qəddarlığa Vitali Balasanyan və Emənistanın keçmiş prezidenti Serj Sarkisyan başçılıq edirdi. Belə ki, onlar kəndlərə, rayonlara gedərək, azərbaycanlılara qarşı muharibəyə qoşulmayan dinc ermənilərin arvadlarını, qızlarını, gəlinlərini elə öz gözlərinin qarşısında zorlayırdılar.

Ya da oğurlayıb özləri ilə aparırdılar. Bu cür yollarla məcbur edirdilər ki, mülki ermənilərin hamısı müharibəyə yazılsın, halbuki, o zaman onların çoxu döyuşmək istəmirdi. Qarabağın dinc erməni əhalisi azərbaycanlılarla birgə yaşamaq istəyirdi”.

V.Balasanyanın qəddarlıqda təcrübəyə malik olduğunu xatırladan keçmiş döyüşçü bildirib ki, nə qədər ki, Qarabağda belə separatçılar qalır, mülki ermənilər heç vaxt qorxudan Azərbaycan vətəndaşlığını qəbul etməyə razı olmayacaqlar.