Keçmiş futbolçunun oğlu niyə intihar edib? – TƏFƏRRÜATLARbackend

Keçmiş futbolçunun oğlu niyə intihar edib? – TƏFƏRRÜATLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Tovuz rayonunun Əlimərdanlı kənd sakini, 22 yaşlı Ocaqverdiyev Xaqani Nizami oğlu intihar edib.

NOCOMMENT xəbər verir ki, tələbə olduğu deyilən X.Ocaqverdiyev keçmiş futbolçu, hazırda “Turan Tovuz” komandasında məşqçi kimi çalışan Nizami Ocaqverdiyevin oğludur.

“Turan Tovuz” klubunun Müşahidə Şurasının sədri Oqtay Abdullayev cebhe.info-ya açıqlamasında bildirib ki, intihar zamanı evdə X.Ocaqverdiyevin yalnız qardaşı olub: “İnanmıram ki, indi ailədən kimsə danışmaq istəsin. Çünki övladlarını itiriblər. Nizami bəy və həyat yoldaşı Bakıya yollanıblar. Deyəsən, yoldaşının ayaqları tutulduğu üçün həkimə gediblər, dəqiq bilmirəm. Uşağın özü də ağıllı uşaq olub. Dəqiq deyə bilmirsən ki, hansı səbəbdən intihar edə bilər.

Evdə 3 uşaqdırlar – 2 qardaş, 1 bacı. Onun intiharı zamanı evdə deyəsən, yalnız qardaşı olub. Qardaşı isə İkinci Qarabağ Müharibəsindən təzə qayıdıb”.