Keçmiş icra başçısı dünyasını dəyişdibackend

Keçmiş icra başçısı dünyasını dəyişdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq icra başçısı Zöhrab Məmmədov vəfat edib.

NOCOMMENT xəbər verir ki, bu haqda qaynarinfo-ya icra başçısının yaxınları söyləyiblər.

Qeyd edək ki, uzun illər yüksək vəzifələrdə işləmiş Zöhrab Məmmədov 1980-1985-ci illərdə Qubadlı rayon KP, 1985-1990-cı illərdə Abşeron rayon KP-nin birinci katibi olub. 1990-1991-ci illərdə isə “Azərnəşr”in redaktoru kimi fəaliyyət göstərib. Prezident yanında Ali Nəzarət inspeksiyası Hacıqabul və Əlibayramlı rayonları üzrə ali nəzarət inspektoru, Əmlak Komitəsində bir çox mühüm vəzifələrdə çalışıb və vəfatına qədər “Ay-Ata” ASC sədri vəzifəsini tutub.

17.02.1941-ci ildə dünyaya gələn Zöhrab Məmmədov martın 24-də beyin xərçəngindən vəfat edib.