Keçmiş icra başçısından SƏRT SÖZLƏR: Ramiz Mehdiyev sabotaj…backend

Keçmiş icra başçısından SƏRT SÖZLƏR: Ramiz Mehdiyev sabotaj…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyləqanın keçmiş icra başçısı Vaqif Abdullayev Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu ilə bağlı qalmaqala məqalə həsr edib.

NOCOMMENT yenisabah.az-a istinadən xəbər verir ki, məqalədə Ramiz Mehdiyev, Bakı Dövlət Universiteninin (BDU) sabiq rektoru, akademik Abel Məhərrəmov və deputat Siyavuş Novruzov sərt tənqid olunub.

O, öz məqaləsində Ramiz Mehdiyevin sabotajla məşğul olduğunu bildirib: “Ramiz Mehdiyev dövlətin və xalqımızın pandemiya dövründə milli həmrəyliyinin, hakimiyyətlə xalq arasında möhkəm birliyin artdığı bir dövrdə və şəraitdə yenə də təkəbbürlük etmək istəyir, “müdrik siyasi uzaqgörənlik” etməyə çalışır, ancaq bu ziddiyətli və nataraz mövqeyi ilə dövlətin müasirləşmə, modernləşdirmə və gəncləşdirmə siyasətinin nizamına və ahəngdarlığına mane olan vəziyyətlər yaradır.

Azərbaycanın elm məbədinin qərargahını özünün şəxsi korporativ “votçinasına” çevirən və baş kahin kimi mücərrəd və qəbulolunmaz qaydalarını yaratmaq və həyata keçirmək istəyən akademik bu azmış kimi sərsəm bəyanatlar verir. O son bəyanatları açıq-aşkar hakimiyyətə qarşı bəzi sabotajla məşğul olur. Onun hərəkətləri nə akademik adına yaraşır, nə də ki, ağsaqqala. Yəqin ki, heş kim unutmayıb, Cənab Prezident İlham Əliyev hər kəs üçün – gənc kadrdan tutmuş ağsaqqal məmura qədər belə bir mesaj vermişdi, “Heç kimin keçmişdəki və indiki xidməti, titulu, vəzifəsi nəzərə alınmayacaq. Kim qanunları pozarsa, dərhal cəzalandırılacaq. Dözülməz hallara qarşı mübarizə davam edəcək”.

“Onların əqidəsi və sədaqəti də şərab köpüyünə bənzəyir”

“Böyük sənətkarımız Üzeyir Hacıbəylinin məşhur “O olmasın, bu olsun” komediyasındakı toy səhnəsində baş verənlər milyonlarla tamaşaçıda hər dəfə dərin gülüş doğurur. Səhnədəki personajlar və hadisələr – Qoçu Əsgərin, Həsənqulu bəyin, Rza bəyin, ləzginka oynayan qızın və səhnədəki digər elementlərin hər biri Novxanıdakı məclisdəkilərə çox bənzəyir. Abel Məhərrəmovun düşdüyü durum Həsənqulu bəyin monoloquna daha çox oxşayır. Həsənqulu bəy Məşədi İbadı göyə qaldırıb- endirir, gah yaltaqlıq edir, gah riyakarlıq. İspan şərabından meyxoş olan Abel müəllim Ramiz Mehdiyevin “xarüqalərindən” danışır.

Ancaq burada bir həqiqəti etiraf edir, xırda adam olmağını. Bəli, Abel Məhərrəmov kimi xırda və yarıtmaz, səriştəsiz, dövlət üçün heç bir faydası olmayan adamlar Ramiz Mehdiyevin sayəsində vəzifə qazanıblar, var-dövlət sahibi olublar. Onların əqidəsi və sədaqəti də şərab köpüyünə bənzəyir. Novxanıdakı tragikomik səhnələrdə əsas personajlardan biri olan Siyavuş Novruzovun hərəkətləri isə həm gülüş, həm də acı nifrət doğurur. YAP-ın icra katibinin müavini kimi məsuliyyətli bir vəzifənin sahibi sanki uşaq başı aldadırmış kimi bəhanələr gətirir: “Ramiz müəllim, Prezidentdən icazə aldığını dedi, mən də, inandım getdim”, “Məni aldatdılar”.

Azərbaycan Prezident ən ciddi şəkildə karantin qaydalarına riayət olunmasını tələb edir və davranışı ilə qaydalara hamı üçün nümunə, örnəkdir. Bir azca ağıl işlədin, dövlət başçısı hansısa məmura bu qaydaları pozmağa icazə verərmi? Qətiyyən. S.Novruzov bu sözü ağzından çıxaranda nə danışdığını bilirmi? Görünür, toydakı içkinin dozası hələ də başından çıxmayıb”.