Keçmiş işçisi ilə AZZA arasında məhkəmə çəkişməsibackend

Keçmiş işçisi ilə AZZA arasında məhkəmə çəkişməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının məşhur mağazalar şəbəkəsi olan AZZA məhkəməyə verilib.

NOCOMMENT.az Qaynarinfo -ya istinadən xəbər verir ki, iddiaçı mağazalar şəbəkəsinin keçmiş işçisi Nihad Kərimzadədir.

Onun iddia tələbi əmək haqqının ödənilməsi ilə bağlıdır. İşə Nəsimi Rayon Məhkəməsində baxılacaq. Əfsanə Heydərova iş üzrə hakim təyin edilib.

Nihad Kərimzadənin mediada AZZA haqqında şikayəti dərc edilib. O, bildirib ki, AZZA-da işləməyə başladığı dövrdən mütəmadı olaraq əmək və istirahət hüququ pozulub.

Bundan başqa, Nihad Kərimzadəyə audit vəzifəsinə təyinat aldığını deyilsə də, sonradan məlum olub ki, o, sadəcə nəzarətçi kimi işə götürülüb.

“Məni audit vəzifəsinə qəbul etdiklərini demələrinə baxmayaraq, daha sonra əslində nəzarətçi vəzifəsinə işə qəbul edildiyimi öyrəndim. Bununla bağlı birbaşa tabe olduğum rəhbərlik – Teymur Oruca müraciət etdiyim zaman mənə sistemdə yanlışlıq olduğu və vəzifəmin dəyişdiriləcəyi bildirildi. Ancaq bu “səhv” aradan qaldırılmadı, mənə bildirildi ki, işdən azad ediləcəyim halda mənə audit vəzifəsində işlədiyimə dair sənəd təqdim ediləcək. Halbuki bu, Əmək Məcəlləsi ilə qadağandır”, – deyə o bildirib.