Keçmiş ispan futbolçu müsəlman oldubackend

Keçmiş ispan futbolçu müsəlman oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniyalı futbolçu Xose İqnasio (Jota) Peleterio islam dinini qəbul edib.

NOCOMMENT.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 39 yaşlı veteran islam dinini 11 illik dostu, küveytli futbolçu Faysal Burseli vasitəsilə öyrəndikdən sonra müsəlman olduğunu açıqlayıb.

O, sosial şəbəkədə yayımladığı videoda kəlmeyi şəhadət oxuyub və müsəlman olub. Keçmiş ispaniyalı futbolçu küveytli dostu Buresliyə də müraciətində, “Allah sizə bol ruzi və xoşbəxtlik nəsib etsin. Çoxdan gözlənilən Ramazana bir ay qalmış Yaradana qayıtmaq nə böyük nemətdir” – deyib.

Küveytin “Al-Qabas” qəzetinə danışan ispan, özünü çox xoşbəxt və güclü hiss etdiyini, həyatının ən yaxşı dövründə olduğunu söyləyib. Küveytli dostunun anasının ona tort hazırladığını və üzərinə “İslama xoş gəlmisiniz” yazdığını bildirən keçmiş futbolçu, bu ailə ilə İslamı tanıdığını, sevdiyini və öz ailəsinin də gələcəkdə belə olmasını arzuladığını dilə gətirib.

Peleterio futbolçu karyerası ərzində İspaniyada “Selta”, “Eybar”, “Alaves”, İngiltərədə “Brentford”, “Birmingem” və “Aston Villa”nın formasını geyinib.