Keçmiş kəşfiyyatçı: Rusiya irəliləməyə davam edəcək, Ukrayna isə ərazilərini itirəcəkbackend

Keçmiş kəşfiyyatçı: Rusiya irəliləməyə davam edəcək, Ukrayna isə ərazilərini itirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya ordusu cəbhədə hücumunu davam etdirəcək, Ukrayna isə getdikcə daha çox ərazi itirəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Universum Radiosuna müsahibəsində Çexiya hərbi kəşfiyyatının keçmiş rəhbəri general Andor Şandor bildirib.

“Əgər münaqişəyə bu (hərbi – redaktorun qeydi) nöqteyi-nəzərindən baxmağa davam etsək, onda nə baş verəcək? İş budur. Ruslar getdikcə daha da irəliləyəcək və Ukrayna getdikcə daha çox ərazi itirəcək”, – deyə o vurğulayıb.

Bundan əvvəl Polşanın keçmiş baş naziri Leşek Miller bəyan etmişdi ki, Ukrayna Rusiya ilə münaqişədə artıq məğlubiyyətə uğrayıb.